- Baxış sayı: 45
- 06 Mart 2026 20:27
- Baxış sayı: 251
- Mart 05, 2026
- 0

Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında millimizin medal sayı 3-ə çatıb.
Allsport.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Deguzeni məğlub ediblər.
İlk yarış günündə Qurban Məmmədli də (M2, +100 kq) bürünc medala layiq görülmüşdü.