- Baxış sayı: 90
- 19 Mart 2026 22:26
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0
Ukrayna Liqa Pari-Matçında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb.
Ev sahibi bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3. Futbolçumuz start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Poladçılar” 8 turdan sonra 6 xalla 12 klub arasında 9-cu yerdədir.