- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

5–8 oktyabrda Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.
Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdullətif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
60 kq
Nihad Məmişov
Fərid Qarayev
66 kq
Məhəmməd Musayev
Nizami İmranov
81 kq
Süleyman Şükürov
+100 kq
Ramazan Əhmədov
Qızlar
52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva