Peşəkar idmanla vidalaşmaq istəyənlər yazılı qaydada AMADA-ya bilgi verməlidir

Peşəkar idmanla vidalaşmaq istəyənlər yazılı qaydada AMADA-nı məlumatlandırmalıdır. Allsport.az saytı xəbər verir ki, bu sahəni tərk etdikdən sonra, idman karyerasına qayıtmağı planlaşdıran mütləq qaydada qayıdışdan 6 ay öncə AMADA-ya xəbər verməlidir.

İdmançı diskvalifikasiya müddətində idmanı tərk edirsə, cəza müddəti idmanı tərk etdiyi gündən etibarən dondurulur. Yenidən idmana qayıdacağı təqdirdə, mütləq AMADA-nı mətlumatlandırmalıdır və qalan diskvalifikasiya müddətinin tamamlanmasını gözləməlidir (ən az 6 ay olmaq şərti ilə).

İdmançı AMADA-ya yazılı məlumat vermək üçün “idmanı İərk etmə formasını” AMADA-nın vebsaytından yükləyə bilər. Forma yazılı doldurulduqdan və imzalandıqdan sonra adams@amada.az ünvanına və ya AMADA ofisinə göndərməlidir.

“İdmanı tərk etmə forması”nı səhifəmizin başlağında yer alan “İdmançılar üçün Formalar” hissəsindən keçid edərək yükləmək mümkündür.

Həmin kateqoriyadan