- Baxış sayı: 13
- 25 Noyabr 2024 15:02
- Baxış sayı: 13
- Noyabr 25, 2024
- 0
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Qarabağ”ın baş məşqçisinin məlum penalti qərarına da münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, Qurban Qurbanovun adımını təqdir edib:
“Həmin epizodun müzakirəsi aparılan zaman müxtəlif fikirlər səsləndi. Hakimlərin yarısı bir , digər yarısı başqa bir fikir söylədi. Məncə, Qurban Qurbanovun “penaltini vurmayın” qərarı sadəcə onun insanlığından irəli gəlir. Hər kəs bilir ki biz Qurban Qurbanovla ailəvi dostuq, bunu gizlətmirəm.
Onun övladları mənə baba deyirlər, amma bunun işə heç bir aidiyyəti yoxdur. Dərindən fikirləşsək, Qurban Qurbanovun düzgün addım atdığını deməliyəm”.