- Baxış sayı: 41
- 08 Fevral 2026 13:31
- Baxış sayı: 129
- Fevral 08, 2026
- 0

Qadın futbol millisinin baş məşqçisi Siyasət Əsgərov, Avropa çempionatının pley-offuna vəsiqə qazanmaları ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o bu mərhələdə güclü komandalardan biri ilə qarşılaşacaqlarını deyib:
“İlk dəfə “B” liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu. Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidir.
Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm.
Milli komandamız “B” liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq”.