- Baxış sayı: 279
- 18 Mart 2026 19:50
- Baxış sayı: 265
- Mart 18, 2026
- 0

Bu gün qadın voleybolçuların yüksək liqasında XVIII turun son qarşılaşmasında “Abşeron” komandası “Gəncə”nin qonağı olub.
Allsport.az xəbər verir ki, Gəncə idman sarayında baş tutan matçda “Gəncə” klubu 3:2 hesabı ilə qalib gəlib. Bununla, komanda ümumi qələbələrinin sayını 8-ə çatdırıb. “Gəncə” və “Abşeron” klublarının qələbə sayı bərabərləşdiyindən daha çox xalı olan “Gəncə” bu mərhələni 4-cü yerdə başa vurur.
Beləliklə, qadınların yüksək kiqasında 18 turun yekununda ilk 8 yeri tutan “Turan”, “DH Volley”, “Milli Aviasiya Akademiyası”, “Gəncə”, UNEC, “Abşeron”, “Azərreyl”, “Murov Az Terminal” komandaları növbəti mərhələyə yüksəliblər.
Pley-off mərhələsində 1/4 və 1/2 finallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.
Pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.
Pley-off mərhələsinin cütləri:
(1) “Turan” – (8) “Murov Az Terminal”
(2) “DH Volley” – (7) “Azərreyl”
(3) “Milli Aviasiya Akademiyası” – (6) “Abşeron”
(4) “Gəncə” – (5) UNEC