- Baxış sayı: 41
- 08 Fevral 2026 13:31
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirib.
Allsport.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 17:00-da İtaliyada keçirilən oyunda Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olmuşdu. Sonuncu oyun da Azərbaycan yığmasının məğlubiyyəti ilə bitib və komandamız qrupda sonuncu olub.
Avropa çempionatı, seçmə mərhələ
Azərbaycan U-19 – Polşa U-19 0:2
Qol: Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson