Poqba qayıdır

“Monako”nun baş məşqçisi Sebastyan Pokonyoli yarımmüdafiəçi Pol嶄oqbanın yenidən yaşıl meydana qayıtmağa hazırlaşdığını bildirib.

Allsport.az xəbər verir ki, mütəxəssis 32 yaşlı fransalı ulduzun bərpa prosesinin sona yaxınlaşdığını qeyd edib: “Poqbanın qayıdışı getdikcə daha real görünür. Ümid edirik ki, o, beynəlxalq fasiləyə qədər sıraya dönəcək və komanda ilə birlikdə məşqlərə başlayacaq. Pol hazırda tam olaraq kollektivə fokuslanıb və onun fərdi bərpa planı dəqiqliklə icra olunur”.

Cari mövsümdə Pol Poqba Fransa çempionatında cəmi 3 oyunda meydana çıxıb və ümumilikdə 30 dəqiqə imkan qazanıb.

Həmin kateqoriyadan