- Baxış sayı: 64
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan cüdo federasiyası, Azərbaycan idman akademiyası və Böyük Britaniyanın Hertfordşir universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumu çərçivəsində akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I, II və III kurs tələbələri üçün praktiki dərslər davam edir.
Allsport.az xəbər verir ki, tədris prosesi cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində müəyyən olunmuş cədvələ uyğun şəkildə həyata keçirilir. Hertfordşir universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli mütəxəssislər cəlb olunub.
Tələbələr dərslər zamanı beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında nəzəri biliklər əldə edir, eyni zamanda praktiki bacarıqlar formalaşdırırlar.