YENİLƏNİB
Lənkəran və Qəbələdə heç-heçə, “Qarabağ” qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, həm ikinci dövrəyə, həm də mövsümün ilk yarısına yekun vuran qarşılaşmalar 2014-cü ilin son oyunları olub.

Turun bütün qarşılaşmaları eyni gündə baş tutub. “Neftçi”nin oynamayacağı gündə “Xəzər Lənkəran” doğma meydanda AzAL-la üz-üzə gəlib. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Eyni saatda başlayan digər görüşdə “Qəbələ” və “İnter” qarşılaşıb. Bu görüşdə də heç-heçə qeydə alınıb.

Lider, eyni zamanda son ölkə çempionu olan “Qarabağ” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu inamlı qələbəyə sevinib.

Turun qapanış matçında isə “Simurq” “Bakı”nı qəbul etməliydi. Lakin bu görüş Zaqataladakı güclü duman səbəbindən baş tutmayıb.

Topaz Premyer Liqası
18-ci tur
21 dekabr

“Xəzər Lənkəran” – AzAL 1:1 (0:1)
Qollar: F.Mombonqo, 43 (0:1). F.Qabriel, 60 (1:1).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 17. Kazım Kazımlı, 28. Fernando Qabriel, 42. Kamran Abdullazadə, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
AzAL: 85. Kamal Bayramov, 15. Oskar Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 13. Şəhriyar Rəhimov, 7. Təmkin Xəlilzadə, 34. Əfqan Poladlı, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qəbələ” – “İnter” 1:1 (1:0)
Qollar: Dodo, 39 (1:0). A.Daşdəmirov, 67 (1:1).
Qırmızı vərəqə: E.Məmmədov, 87.
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 10. Dodo, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 8. Markus Kunya, 11. Andrey Kristya, 13. Murad Musayev, 17. Qismət Alıyev, 99. Tellur Mütəllimov.
Məşqçi: Sənan Qurbanov.
“İnter”: 25. Səlahət Ağayev (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavco Georgiyevski , 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 30. Abbas Hüseynov, 80. Nizami Hacıyev.
Məşqçi: Zaur Svanadze.

“Qarabağ” – “Sumqayıt” 2:0 (1:0)
Qollar: L.Corc, 25 (1:0). V.Hüseynov, 56-öz qapısına (2:0).
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.

17:00. “Simurq” – “Bakı” 0:0 (matç baş tutmayıb)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.
“Bakı”: 12. Elxan Əhmədov, 18. Əziz Quliyev, 37. Mikayıl Rəhimov, 19. Eltun Hüseynov, 30. Cəmşid Məhərrəmov, 7. Nuran Qurbanov, 56. Qeyrət Əliyev, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 10. Nurlan Novruzov (k), 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 45. Mahir Mədətov, 55. Aydın Mustafazadə, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 17. Elmin Əsgərli, 2. Nicat Əsgərov.
Baş məşqçi: İbrahim Uzunca.

Bombardirlər:
8 – Mikel Alvaro (“İnter”).
7 – Nurlan Novruzov (“Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”).
6 – Draqan Çeran (“Simurq”), Junior Nildo (“İnter”).

Həmin kateqoriyadan