Premyer Liqada 9-cu tura paytaxt derbisi ilə start verilir

Bu gün Topaz Premyer Liqasında 9-cu tura start verilir. Allsport.az xəbər verir ki, dövrənin son turunun ilk oyun günündə bir görüş baş tutacaq.

Günün yeganə matçında AzAL “Neftçi”ni qəbul edəcək. Son turda “Qəbələ”yə məğlubiyyətdən sonra istefa vermək istəyən, amma rəhbərliyin postunda saxladığı Samir Əliyevin paytaxt derbisindən qalib ayrılması şərtdir. Cari mövsüm çox uğursuz çıxış edən Tərlan Əhmədovun komandası üçün isə bu rəqibdən hətta bir xal almaq da ciddi nailiyyət sayıla bilər.

Topaz Premyer Liqası
9-cu tur
23 oktyabr (cümə)

18:00. AzAL – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev.
Bakı. “AzAL Arena”.

Turun digər oyunları: 24 oktyabr (15:00. “Kəpəz” – “Xəzər Lənkəran”, 17:00. “İnter” – “Rəvan”). 25 oktyabr (17:00. “Qəbələ” – “Zirə”, 19:00. “Sumqayıt” – “Qarabağ”).

Bombardirlər:
5 – Riçard Almeyda (“Qarabağ”).
4 – Aleksey Qay (“Qəbələ”), Aleksey Antonov (“Qəbələ”), Samuel Armenteros (“Qarabağ”).

Həmin kateqoriyadan