Premyer Liqada fasilə başa çatır

Bu gün və sabah Topaz Premyer Liqasında 4-cü turun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq ilk turun 5 oyunu 2 gün ərzində baş tutacaq.

Turun açılış matçında “Kəpəz” doğma meydanda AzAL-la münasibətlərinə aydınlıq gətirəcək. Daha sonra “İnter” “Qəbələ” ilə münasbətlərinə aydınlıq gətirəcək. İlk oyun gününün son matçında “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq.

İkinci oyun günündə öncə “Sumqayıt” çempionatın debütantı “Zirə”ni qəbul edəcək. Nəhayət, turun qapanış matçında “Rəvan” “Neftçi” ilə qarşılaşacaq.

Topaz Premyer Liqası
4-cü tur
12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AzAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
Gəncə şəhər stadionu.

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Dalğa Arena”.

13 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Melik Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.

21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Bayıl Arena”.

Həmin kateqoriyadan