- Baxış sayı: 17
- 25 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasında 8-ci tur həyəcanı davam edir. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki prinsipial görüş baş tutacaq.
Belə ki, “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Zirə”ni qəbul edəcək. Qeyri-sabit çıxışı ilə diqqət çəkən “ağ-qaralar” liderlər qrupundan ayrı düşdüyündən ikinci pillədə qərarlaşan “Qəbələ”ni mütləq məğlub yola salmalıdır. Amma buna nail olmaq Samir Əliyevin kollektivi üçün çox çətin olacaq. Çünki Avropa Liqasının qrup mərhələsində çıxış edən Roman Qriqorçukun komandası bu mövsüm daha iddialı təsir bağışlayır.
“Qəbələ” və “Neftçi”dən fərqli, “Qarabağ”la “Zirə” indiyədək qarşılaşmayıblar. Amma bu görüşə kifayət qədər böyük maraq var. Çünki hər iki komanda hazırda liderlər qrupunda qərarlaşıb. Ağdam klubu ilk pillədə yer alıbsa, zirəlilər bu komandadan cəmi iki xal geri qalır və üçüncü sıradadır. Maraqlıdır ki, həm Qurban Qurbanovun, həm də Adil Şükürovun kollektivi hələ cari mövsümdə məğlubiyyətlə üzləşməyib. Bir sözlə, bu görüş iki məğlubiyyət tanımayan komandanın dueli kimi qiymətləndirilə bilər.
Topaz Premyer Liqası
8-ci tur
17 oktyabr (şənbə)
15:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
18:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Turun digər oyunları: “Rəvan” – “Kəpəz” – 0:2. 18 oktyabr (18:00. “Xəzər Lənkəran” – AZAL, 20:00. “Sumqayıt” – “İnter”).
Bombardirlər:
4 – Aleksey Qay (“Qəbələ”).
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Riçard Almeyda (“Qarabağ”), Aleksey Antonov (“Qəbələ”).