- Baxış sayı: 55
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0
Topaz Premyer Liqasında 2014/15 mövsümünün 150-ci qolu vurulub. Allsport.az xəbər verir ki, “İnter” və AzAL arasındakı paytaxt derbisində (1:0) vurulan yeganə qol yubiley xarakteri daşıyıb.
Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi mövsümdə 150-ci qolu vurub. Bu turadək 54 matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan sonra orta məhsuldarlıq 2,63-ə çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AzAL-la qarşılaşmada vurmuşdu.