- Baxış sayı: 138
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının, eləcə də əvəzedicilərin çempionatının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
AzAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro Rodriqes sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Maraqlıdır ki, əvəzedici heyətlərin yarışında da yalnız AzAL – “Neftçi” matçı ilə bağlı cəza verilib. Bu qarşılaşmanın 82-ci dəqiqəsində AzAL-ın futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.