- Baxış sayı: 37
- 29 Noyabr 2024 20:02
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
AFFA-nın icraiyyə komitəsinin 18 iyun 2020-ci il tarixli iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə işçi qrup yaradılması barədə qərar qəbul edilmişdi. Allsport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov aşağıdakı tərkibdə işçi qrup yaradıb:
Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr
Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü
Cahangir Həsənzadə – AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən
Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi
Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri
İşçi qrupun üzvləri aparılan müzakirələrdən və premyer liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra çempionatın 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi qupun təklifi AFFA-dan peşəkar futbol liqasına təqdim olunub.
PFL-dən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA-dan müvafiq strukturlara müraciət olunub.