- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü “Polis haqqında” Qanuna hüquq-mühafizə orqanları əməkdaşlarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Allsport.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat yayılıb.
Qanuna edilən düzəlişlərə əsasən polislərin vəzifəsinə yarışların və idman tədbirlərinin keçirildiyi zaman, idman obyektlərində, eləcə də onlara yaxın ərazilərdə ictimai asayişin, tamaşaçıların və yarış iştirakçılarının təhlükəsizliyinin qorunması, zorakılığın qarşısının alınması daxildir.
Prezident İlham Əliyev cümə günü AR-nın “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” və “Məhkəmə-hüquq şurası haqqında” Qanuna da dəyişikliklərin edilməsi barədə sərəncam verib.