- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

Fransa çempionatında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Monako” da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi doğma meydanda Fransa çempionatının əsas favoriti PSJ ilə qarşılaşıb. Matç Ağdam klubunun rəqibinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Monako” dörd turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.