- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Liverpul”, “Atletiko Madrid” və “Borussiya Dortmund” PSV-nin hücumçusu Rikardo Pepi ilə maraqlanır.
Allsport.az xəbər verir ki, komandalar amerikalı futbolçunun mümkün transferi ilə bağlı artıq Niderland klubuna müraciət ediblər. PSV onlara uyğun təklif alacağı təqdirdə 21 yaşlı futbolçusunu satacaq.
Cari mövsüm Rikardo Pepi bütün turnirlərdə 16 matçda iştirak edib və 7 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.