- Baxış sayı: 28
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Vaxtilə Niderlandın “Herenven”, Belçikanın “Anderlext” klublarında çıxış edən argentinalı yarımmüdafiəçi Ernan Losada Azərbaycanda oynamaqda məna görmür. Allsport.az xəbər verir ki, hazırda klubsuz olan 32 yaşlı oyunçu Belçika mətbuatına açıqlamasında bunları söyləyib:
“Ötən mövsüm məndə bir sıra uğursuzluqlar oldu. Amma indi mən sabit çıxış edən bir komandada oynamaq, futboldan həzz almaq istəyirəm. Düzdür, 25 yaşımda deyiləm. Amma hələ daha iki mövsüm yüksək səviyyədə oynamağa hazıram.
Karyeramı “Lyers”də davam etdirməyi daha çox istərdim, nəinki Azərbaycan və Qazaxıstanda oynamağı. Pul prioritet deyil. Əks halda mən indi bu ölkələrdən birinə getmişdim”.