Putin Kremldə rusiyalı həndbolçuları təəccübləndirib

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə Rio-de-Janeyroda yay olimpiya oyunlarından sonra Kremldə keçirilən görüşdə Rusiya milli komandasının həndbolçularını təəccübləndirib. Allsport.az saytı xəbər verir ki, müvafiq hekayəni 33 yaşlı həndbolçu Anna Sen paylaşıb:

“Mükafatlandırma mərasimindən sonra zala daxil olanda və Vladimir Vladimiroviç bütün komandalara yaxınlaşanda çox xoşuma gəldi. Rioda ona görə məşhur oldum ki, mənim peşəkar selfi çubuğum var idi və hamı onunla şəkil çəkdirdi.

Onunla şəkil çəkdirmək üçün icazə istədim. O, ayağa qalxır və deyir: “Qunduz, gözlərini aç”. Həmişə bunu deyirdim, çünki bütün şəkillərimizdə Vladochka (həndbolçu Vlada Bobrovnikova) gözləri bağlı çəkilib. O, bunu deyəndə, biz sadəcə olaraq məəttəl qaldıq. Onun bu qədər hazırlıqlı olması bizi çox sevindirdi”.

Həmin kateqoriyadan