“Qəbələ” AzAL-la oyuna fasilə etmədən hazırlaşır

“Qəbələ” Topaz Premyer Liqasının 10-cu turunun AzAL-la oyununun hazırlıqlarına başlayıb. Allsport.az xəbər verir ki, 9-cu turun oktyabrın 25-də keçirilən “Zirə” ilə oyunundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.

Komanda bu məşqdə iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük veriblər. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” bu gün səhər növbəti məşqinə çıxıb.

Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək 10-cu turun “Qəbələ” – AzAL oyunu saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan