- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 255
- Mart 22, 2026
- 0

“Qəbələ” klubu hazırda məlum hadisə ilə əlaqədar həbsdə olan futbolçusu Cavid Hüseynovu Avropa Liqasının pley-off mərhələsinin oyunları üçün sifariş etməsinə aydınlıq gətirib. Allsport.az xəbər verir ki, klubun yaydığı açıqlamada bunlar qeyd olunub:
“Qəbələ” İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilmişdir”.