- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ” hazırda həbsdə olan futbolçusu Cavid Hüseynovu Avropa Liqasının qrup mərhələsinin oyunlarına sifariş etməsi ilə bağlı bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:
“Qəbələ” İdman Klubu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasıyla bağlı yaranan çoxsaylı suallara cavab olaraq bildirir ki, adıçəkilən futbolçumuz barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır. Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil”.