- Baxış sayı: 56
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Qəbələ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb. Allsport.az xəbər verir ki, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.
Ötən gün şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun yetirmələri fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda, oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı “Bakcell Arena”da gerçəkləşdirəcək.
Xatırladaq ki, “Qəbələ” – “Çukariçki” oyunu iyulun 23-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da başlayacaq.