“Qəbələ” Dodosuz məşq edir

“Qəbələ” Topaz Premyer Liqasının 26-cı turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.

Ötən gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun yetirmələri ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” bu gün qarşılaşmanın keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan