- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın “Çukariçki” klubunun müdafiəçisi Rayko Brejançiç bəyan edib ki, onların Avropa Liqasının üçüncü təsnifat mərhələsi barədə düşünməsi üçün çox tezdir. Allsport.az xəbər verir ki, ilk oyunda “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlmiş serblərin aparıcı futbolçusu bunları söyləyib:
“Biz hələ öncə Bakıdakı oyunda uğur qazanmaq haqda düşünməliyik. “Qəbələ”nin heyətində əvvəllər Ukrayna “Çernomorets”ində çıxış etmiş 4-5 futbolçu (əslində üç belə oyunçu var – red.) var. Onlar fiziki cəhətdən hazır deyildilər. Cavab oyununda fərqli olacaq. “Qəbələ” daha aqressiv çıxış edəcək, daha çox hücum etməyə çalışacaq. Amma biz də güclü çıxış etməliyik. Bizim yaxşı təcrübəmiz var. Üstəlik, kapitan İqor Matiç də sıraya dönəcək”.