- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, Bakıya səfər ərəfəsində öncə bunları söyləyib:
“Biz Avropa Liqasında üç mərhələ adlamış, pley-offa qədər irəliləmiş komandaya qarşı mübarizə aparacağıq. Bunu anlamaq vacibdir. “Qəbələ”nin çox yaxşı heyəti var. Xüsusilə mərkəz və hücum xəttini qeyd edərdim. Bu komanda özünə xüsusi diqqət tələb edir. Onlar üçün də bu oyun az əhəmiyyət daşımır. “Qəbələ” ilə oyunlara tam ciddi köklənə bilsək, uğur qazanmaq üçün yaxşı şansımız ola bilər”.
“Qəbələ”nin təsnifat mərhələsindəki oyunlarına baxanda başa düşdüm ki, kifayət qədər təhlükəli rəqiblə qarşılaşmalı olacağıq. Onlar bizimlə oyunlarda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Amma bir halda ki, biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik, qarşıdakı oyunlara ciddi yanaşmalıyıq ki, hədəfimizə çataq”.
Afinalıların çalışdırıcısı Azərbaycanda keçiriləcək oyundakı atmosferdən də danışıb: “Bizim narahatlıq üçün heç bir səbəbimiz yoxdur. Ancaq oyun barədə düşünürük. Heç nəyi müzakirə etməmişik. Lakin Avropa səviyyəli bir oyunda futboldankənar hansısa məqamın olacağını düşünmürəm”.