- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın “Çukariçki” klubunun idman direktoru Vladimir Matyaşeviç Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları “Qəbələ” ilə oyunlardan danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Qəbələ” barədə elə də ətraflı məlumatımız yoxdur. Amma müəyyən nəticəyə gəlmək üçün yetərincə faktlar var. Bu komanda Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdırdı. Kluba ciddi investisiya yatırılır. Avropa səviyyəli kluba çevrilməyi hədəflədikləri görünür. Bilirik ki, aqressiv futbol sərgiləyirlər. Futbolçuları fiziki cəhətdən yaxşı hazırlıqlıdırlar, meydanda çox qaçırlar. Cavab matçını səfərdə keçirəcəyik. Amma bu, problem deyil. Evdə keçirəcəyimiz ilk oyunda azarkeşlərimizin dəstəyi ilə bizi cavab görüşünə rahat çıxaracaq nəticəyə nail ola bilərik. Sadəcə, cavab matçında ağıllı və həyəcan keçirmədən oynamalıyıq”.