- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Allsport.az xəbər verir ki, bu turnirin birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan təmsilçiləri startda qələbə qazanacağı halda, hansı komandalarla qarşılaşacaqlarını bilirlər.
Belə ki, “Qəbələ”, “İnter” və “Neftçi” ilkin təsnifat mərhələsində aşağıdakı klublarla qarşılaşacaq:
Birinci təsnifat mərhələsi (2-9 iyul)
“Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ”
“Laçi” (Albaniya) – “İnter”
“Mladost” (Çernoqoriya) – “Neftçi”
Təmsilçilərimiz bu rəqiblərini məğlub edəcəyi halda isə növbəti mərhələdə bu komandalarla üz-üzə gələcək:
İkinci təsnifat mərhələsi (16-23 iyul)
“Kukesi” (Albaniya)/”Torpedo” (Belarus) – “Mladost”/”Neftçi”
SJK (Finlandiya)/”Hafnarfyordur” (İslandiya) – “Laçi”/”İnter”
“Domjale” (Sloveniya)/”Çukariçki” (Serbiya) – “Dinamo”/”Qəbələ”