“Qəbələ” “Krasnodar”la oyunun hazırlığına bu gün başlayacaq

Topaz Premyer Liqasının 6-cı turunun sentyabrın 25-də keçirilən “Rəvan” – “Qəbələ” qarşılaşmasının (0:3) ertəsi günü paytaxtda səhər məşqinə çıxan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra sabah bir araya gəlir. Allsport.az xəbər verir ki, ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq bu gün komanda birlikdə çalışacaq.

Axşam məşqi ilə “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun yetirmələrinin paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək.

Xatırladaq ki, ikinci turun “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan