- Baxış sayı: 86
- 30 Yanvar 2026 22:50
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Qəbələ” U-17 kubokunu qazanıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb.
Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2.
Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin çalışdırdığı “Qəbələ” 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.