“Qəbələ” məşqlərini bərpa etdi

“Qəbələ” Topaz Premyer Liqasının 4-cü turunun “İnter”lə oyununun hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində keçirilən təlim-məşq toplanışını sentyabrın 7-də başa vurub, Qəbələyə qayıdan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib.

Roman Qriqorçukun komandası ötən gün şəhər stadionunda axşam məşqini keçirib. Axşam məşqinə fiziki hazırlıqla başlayan futbolçular ardınca topla çalışıb. Növbəti məşqini də doğma stadionda keçirəcək komandanın sentyabrın 11-də Bakıya yollanması planlaşdırılıb. “Qırmızı-qaralar”ın oyun öncəsi son məşqi də həmin gün paytaxtda baş tutacaq.

Xatırladaq ki, 4-cü turun “İnter” – “Qəbələ” qarşılaşması sentyabrın 12-də keçiriləcək. “İnter Arena”da baş tutacaq matç saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan