- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) cavab oyununun hazırlığına start verib. Rekord.az xəbər verir ki, Topaz Premyer Liqasının III turunun “Kəpəz”lə avqustun 23-də baş tutan ev qarşılaşmasından (1:0) sonra hazırlıqlara fasilə verməyən “qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb.
Qəbələ şəhər stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı məşqi toplu çalışmalarla davam etdirib. Komandamızın növbəti məşqi sabah baş tutacaq. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar” axşam çalışması ilə kifayətlənəcək. “Qəbələ” pley-offun cavab oyununun keçiriləcəyi Afinaya avqustun 26-da yollanacaq. Yunanıstana Qəbələdən birbaşa reyslə yollanacaq komanda avqustun 27-də baş tutacaq oyundan öncəki son məşqini Afinada keçirəcək.