- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.
Komanda Topaz Premyer Liqasının 2-ci turunun avqustun 15-də keçirilən AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.
UEFA Bakıdakı “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Panatinaikos” oyununun təyinatlarını da rəsmən açıqlayıb. Paytaxtdakı görüşü ingiltərəli Andre Marrinerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi (İlk oyun)
20 avqust
21:00. “Qəbələ” – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Andre Marriner (İngiltərə)
Baş hakimin köməkçiləri: Simon Bennett, Li Betts (hər ikisi (İngiltərə)
Dördüncü hakim: Robert Madli (İngiltərə)
Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı. “Bakcell Arena” stadionu