- Baxış sayı: 24
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0
Baş məşqçi problemini həll edən «Qəbələ» klubu indi bütün gücünü heyətin gücləndirilməsinə yönəldib. Hazırda təklif olunan legionerləri nəzərdən keçirən «qara-qırmızılar», yerli futbolçu həddi səbəbindən milli komandanın üzvlərinə göz dikib.
Allsport.az saytına daxil olan məlumata görə, klubun menecerləri Almaniya 2-ci Bundesliqasında çıxış edən Dmitri Nazarovun heyətdə olmasını məqsədəuyğun hesab edirlər. Bu barədə xeyli müddətdir ki, müzakirə gedir.
Onların fikrincə, «Karlsrue»nin hücumçusu son zamanlar komandasında yaxşı futbol nümayiş etdirir və «Qəbələ»nin ön xətdində çox faydalı ola bilər.