- Baxış sayı: 44
- 13 Yanvar 2025 11:20
- Baxış sayı: 155
- Yanvar 19, 2025
- 0
Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu turnirin ikinci təsnifat mərhələsində qarşılaşacağı Serbiyanın “Çukariçki” klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Allsport.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk quruma göndərilən A vərəqəsində 19 futbolçuya yer ayırıb.
Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, altısı yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov;
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos;
Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov;
Hücumçular; 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov.
Xatırladaq ki, “Qəbələ” ilə “Çukariçki” arasında ilk oyun iyulun 16-da, cavab matçı 23-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.