“Qəbələ” “Tobol”a məğlub oldu

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ilk oyununu keçirib. Allsport.az xəbər verir ki, Luis Araqonun baş məşqçisi olduğu komanda ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gəlib.

Qonşu ölkəyə yanvarın 16-da yollanan “qırmızı-qaralar” birinci yoxlama oyununa bu heyətlə başlayıb: Cavid Əsgərov, Ayxan Əsədov, Vəzir Musayev, Elton Xudadatov, İbrahim Aslanlı, Qismət Əliyev, Sahil Mirzəyev, Müşfiq Teymurov, Ramil Həsənov, Mirəli Məmmədzadə, Ehtiram Şahverdiyev.

Məşqçilər korpusu oyunun gedişində Şamil Camaləddinov, Emin Zamanov, Muxtar Əliyev, Azər İbrahimov, Elnur Orucov, Elnur Mustafazadə və Ramazan Həsənova da şans verib.

Hər hissədə bir qol buraxan “Qəbələ” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

“Qırmızı-qaralar” toplanış çərçivəsində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Araqonun yetirmələri Antalya toplanışını yanvarın 29-da başa vuracaq.

Həmin kateqoriyadan