- Baxış sayı: 37
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
“Qəbələ”nin 15 yaşlılardan ibarət komandası oktyabrın 31-dən noyabrın 1-dək Türkiyədə keçiriləcək “Antalya Cup” turnirində iştirak edəcək. Allsport.az xəbər verir ki, bir neçə yaş qrupu üzrə təşkil olunan beynəlxalq turnirdə “Qəbələ” ilə yanaşı, “Lokomotiv” (Moskva, Rusiya), “Dunarea” (Rumıniya) və “Antalyaspor” (Türkiyə) komandaları da iştirak edəcəklərini təsdiqləyiblər. Sonuncu iştirakçının “Krasnodar” (Rusiya) olacağı gözlənilir.
Komandalar yarış çərçivəsində minimum 5 oyun keçirəcəklər. Turnirə məşhur rusiyalı qapıçı Ruslan Niqmatullin də gələcək və gənc qapıçılar üçün usta dərsləri keçəcək. “Qəbələ” səfərə bu heyətələ yollanıb:
Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), Xaqani Məmmədov (komandanın baş məşqçisi), Azər Həşimov (məşqçi), Sahil Kərimov (qapıçı məşqçisi), İlkin İslamov (həkim), Elçin Şabanlı (inzibatçı); futbolçular – Elməddin Sultanov, Pünhan Hacıbalayev, Əlirza Mustafazadə, İdris İnqlablı, Tale Hacızadə, Nicat Verdiyev, İbrahim Camalov, Sərcan Ömərov, Salman Ələsgərov, Anar Əsgərov, Məhəmməd Məhərrəmov, Fərid İsgəndərov, Elşad Tağıyev, Samir Qurbanov, Nicat Oruclu, Xəlil Bəşirov, Nicat Əliyev, Əli Mürsəlov, Tamerlan Rizvanov, Javidan Rəhimli, Cavid Vəlizadə.