- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin əvəzedici heyəti 2014/15 mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, iki mərhələdən ibarət hazırlıq keçəcək komanda yanvarın 5-də bir araya gəlib.
“Qırmızı-qaralar”ın Qəbələdə keçirilən bu təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək. Gündə iki dəfə məşq keçən əvəzedicilər əsasən fiziki hazırlıqlara üstünlük verir. Luis Araqonun başçılıq etdiyi məşqçilər korpusu oyunçuları fiziki durumlarının yaxşılaşdırılmasına xidmət edən proqram üzrə çalışdırır. Bu proqrama əsasən səhər məşqləri güc, axşam hazırlıqları toplu çalışmalardan ibarətdir.
Bir günlük fasilədən sonra – yanvarın 16-da hazırlığın ikinci mərhələsi start götürəcək. Ayın 29-dək Türkiyənin Antalya şəhərində davam edəcək təlim-məşq toplanışı zamanı texniki və taktiki hazırlıqlara üstünlük veriləcək. Bu müddətdə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı sınaqçı rəqiblər və oyunların vaxtı yaxın günlərdə müəyyənləşəcək.