- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin oktyabrın 22-də keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) ilə oyun öncəsi “Qəbələ”nin üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib. Allsport.az xəbər verir ki, tədbir “Port Baku Mall”da yerləşən “Go Sport” İdman Malları Mağazasında baş tutub.
Görüşdə komandanın baş məşqçisi Roman Qriqorçuk, oyunçulardan Aleksey Qay, Ruslan Abışov və Aleksey Antonov iştirak ediblər. Futbol direktoru Toni Adams, klub rəsmiləri, köməkçi məşqçilər Mixaylo Savka, Sənan Qurbanov və Andrey Qluşenko, əvəzedici komandanın məşqçisi, klubun sabiq futbolçusu Elmar Baxşiyevin də qatıldığı tədbirə hücumçu Sergey Zenyov da təşrif buyurub. Tədbir iştirakçıları mağazanı gəzib, müştərilərə təklif olunan mallarla tanış olub. “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov çıxış edərək görüş, həmçinin “Forma al, qalib ol” kampaniyası haqda məlumat verib.
Ardınca media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Qriqorçuk, Qay, Abışov və Antonovla bağlı sualları tapan 8 qonaq – 4 azarkeş və 4 media nümayəndəsi klubun xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Eyni zamanda “Go Sport” İdman Malları Mağazası da qonaqlara 2 sualla müraciət edərək, qaliblərə mükafatlar təqdim edib. Bundan başqa, görüşdə iştirak edənlər futbolçularla şəkil çəkdiriblər. Tədbir zamanı komandanın baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb. 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran mütəxəssis belə görüşlərin vacibliyini, eyni zamanda sevindirici olduğunu vurğulayıb. Qarşıdakı oyunun marağını və əhəmiyyətini qeyd edən baş məşqçi bütün azarkeşləri “Borussiya” ilə qarşılaşmanı izləməyə dəvət edib.