- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Topaz premyer liqasında mövsüm sona yetdi. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri oldu. Hücumçu 27 oyunda 13 qol vurdu.
Bu gün keçirilən 28-ci turun “Qəbələ” – “Qarabağ” görüşündən (0:1) sonra mükafatlandırmada fransalı legionçuya ən yaxşı bombardir titulu təqdim olundu.
30 yaşlı forvard “qara-qırmızılar”ın tarixində bu uğura yetişən 2-ci futbolçudur. Ötən mövsümdə 11 dəfə fərqlənən Filip Ozobiç bombardir adını qazanmışdı.