- Baxış sayı: 33
- 25 Noyabr 2024 15:02
- Baxış sayı: 33
- Noyabr 25, 2024
- 0
“Qəbələ” Topaz Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.
Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlarını yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun yetirmələri ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular iştirak etsə də, zədəli Rafael Santos iştirak etməyib.
Xatırladaq ki, 8-ci turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.