- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunanıstanın “Panatinaikos” klubunun meneceri Spiros Vlahos Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıya edəcəkləri səfərə hazırlıq barədə danışıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında öncə bunları söyləyib:
“Bizim Bakıya səfərə hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Amma mən öncə bir məqama toxunmaq istəyərdim. Sosial şəbəkələrdə və mətbuatda bu oyunu siyasiləşdirməyə cəhdlər var. Lakin biz heç bir düşmən hücumuna məruz qalmamışıq ki, hansısa təhlükəli bir şeyə qarşı hazırlıq görək”.
Vlahos “Qəbələ”nin avrokuboklarda yeni klub olmasını və təşkilatçılıq baxımından təcrübəsiz olduğunu qabardıb: “Ümumiyyətlə, komandamızın ən yaxşı şərtlərlə təmin olunacağına dair zəmanət almışıq. Bu oyun çox vacibdir. Baxmayaraq ki, oyun öncəsi biz bir qədər narahatıq. Çünki “Qəbələ” beynəlxalq arenada yeni komandadır. Bu üzdən də Avropa səviyyəli yarışlarda təşkilatçılıq bacarığı yoxdur. Amma eyni zamanda onu da deyə bilərəm ki, oradakı insanlar bizə çox kömək edirlər və bütün tələblərə cavab verməyə çalışırlar”.
“Panatinaikos” rəsmisi onu da qeyd edib ki, Bakıdakı oyunda üzləşə biləcəkləri hər hansı risklə bağlı artıq UEFA-nı məlumatlandırıblar: “Güman edirik ki, Bakıdakı oyun zamanı tribunalarda türklər, millətçilər və “bozqurdlar” olacaq. Onlar bu görüşdə gərginlik yaratmağa cəhd edə bilərlər. Hər ehtimala qarşı biz UEFA-nı öncədən xəbərdar etməliyik ki, məlum səbəblərdən yüksək risk təhlükəsi var”.