- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Premyer Liqanın ötən mövsümündən sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da bir araya gələcək.
Komanda 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini keçirmək üçün Bakıda toplaşacaq. “Qafqaz City Hotel”də məskunlaşacaq “Qəbələ” iyunun 15-dək paytaxtda toplanışda olacaq. Roman Qriqorçukun komandası bu müddətdə məşqlərini “Bakı” klubunun bazasında gerçəkləşdirəcək.
Hazırlığın 2-ci mərhələsini ölkə xaricində keçirəcək “qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda iyunun 16-dan 26-dək Tiflisdə hazırlıq keçəcək. “Qəbələ” qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki sınaqçı rəqiblər artıq bəllidir.
“Qırmızı-qaralar” ayın 18-də Qorinin “Dila” kollektivi ilə qarşılaşacaq. Hazırlığın son günündə – iyunun 26-da daha bir matça çıxacaq “Qəbələ” mümkün variantlar arasında seçim edəcək.