“Qəbələ”nin matçı “Apollon”un baş məşqçisinin həmyerlisinə tapşırıldı

“Qəbələ”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr “Apollon”una qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Portuqaliyadan olan hakimlərə tapşırıb.

Maraqlıdır ki, bu komandaların ilk oyununda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun həmyerliləri olan ukraynalı hakimlər ədaləti təmsil etmişdilər. Bu dəfə isə “Apollon”un çalışdırıcısı Pedro Emanuelin həmyerlisi – Duarte Nunu Pererya Qomes baş hakim təyin olunub.

Xatırladaq ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
6 avqust

21:00. “Qəbələ” – “Apollon” (Limassol, Kipr)
Baş hakim: Duarte Nunu Pereyra Qomes (Portuqaliya)
Baş hakimin köməkçiləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (hər ikisi Portuqaliya)
Dördüncü hakim: Brunu Migel Duarte Payxao (Portuqaliya)
Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
Bakı, “Bakcell Arena”
İlk oyun – 1:1

Həmin kateqoriyadan