- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
“Birinci oyunda öz istəyimizə çata bildik. Artıq cavab görüşünü düşünməliyik. Amma komandamız bu gün bir qoldan daha artığına layiq idi. Azərbaycanda bizə çətin olacaq. Ona görə şansların hələ də bərabər olduğunu düşünürəm. Təbii ki, bir qol vurmaq da ümumiyyətlə qol vurmamaqdan yaxşıdır. Lakin ümid edirəm ki, gələcəkdə məhsuldarlığımızı daha da artıracağıq”.