- Baxış sayı: 38
- 19 Yanvar 2025 14:08
- Baxış sayı: 78
- Yanvar 19, 2025
- 0
“Murov Az Terminal” VK-nın kişilərdən ibarət komandasının baş məşqçisi Aleksandr Pazdnekov açıqlama verib.
Allsport.az xəbər verir ki, o, MOİK-lə oyunu şərh edib:
“Bu turda bizim rəqibimiz gənclərdən ibarət MOİK komandası idi. Çox yaxşıdır ki, çempionatda gənc oyunçular çıxış edir. Bu müsbət haldır. Amma deyə bilərəm ki, çempionatda çıxış edən dörd komanda eyni səviyyədə formalaşıblar. Əlbəttə, biz hazırda turnir cədvəlinə liderlik edirik. Bu, hələ başlanğıcdır. Qarşıda bizi daha vacib, maraqlı oyunlar gözləyir. Məsələn, növbəti turda “Azərreyl”lə qarşılacağıq. Gərgin oyunlar voleybolu daha baxımlı və maraqlı edir. Bu gün oyunçularımdan razıyam. Yenə də biz qəbulda daha yaxşı oynamalıyıq.
Əlbəttə, hər kəs qalib olmaq istəyir. Çempionatda isə psixoloji, fiziki üstün olan, rəqibi daha yaxşı analiz edən və vacib zamanlarda düzgün qərarlar verən komanda qalib olacaq”.