“Qələbə qazana bilmədik amma…”

“Kəpəz” premyer liqanın XXI turunda səfərdə “Sabah”la qarşılaşıb. Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi gərgin keçən oyunda minimal hesabla uduzub – 0:1. Baş məşqçi Azər Bağırov məğlubiyyəti belə şərh edib:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Yaxşı mübarizə apardılar. Qələbə qazana bilmədik, amma soyunub-geyinmə otağında hər birinə sağ ol dedim. Soyuq havada yanımızda olduqlarına görə azarkeşlərimizə də təşəkkürümü bildirmək istəyirəm”.

Həmin kateqoriyadan